Volkan Demirel üçün acı gün
25.06.2024 - 23:31
Volkan Demirel üçün acı gün

"Fənərbaxça"nın sabiq futbolçusu Volkan Demirelin atası vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə "Fənərbaxça" klubu sosial şəbəkədə məlumat yayıb.

Klub Volkan Demirelə başsağlığı verib:

"Uzun illər "Fənərbaxça"nın qapısını uğurla qoruyan əfsanəvi kapitanlarımızdan və keçmiş köməkçi məşqçilərimizdən Volkan Dəmirelin dəyərli atası Ali Naci Dəmirelin vəfat etməsi xəbərini böyük kədərlə öyrəndik.

Allah rəhmət eləsin. Volkan Dəmirelə, ailəsinə, yaxınlarına və sevənlərinə başsağlığı veririk". 

writer photo
Əlirza Əlirzalı
0