Yaponiya millisinin futbolçusu Junya İto məhkəməyə müraciət edib.
Apasport.az xəbər verir ki, Fransada “Reims”” forması geyinən yarımmüdafiəçi onu cinsi təcavüzdə ittiham edən iki qadından şikayətçidir.
Bazar ertəsi futbolçu Osaka Rayon Məhkəməsinə 202 milyon yen (təxminən 1,25 milyon avro) məbləğində təzminat tələbi ilə bağlı iddia qaldırıb.
İto iddia edir ki, qadınlar idmançıya və onun məşqçisinə qarşı saxta ittihamlar irəli sürüblər ki, bu da sponsorların İto ilə müqavilələrini pozmasına səbəb olub.
30 yaşlı yarımmüdafiəçinin vəkillərindən biri iddianın Asiya Kuboku zamanı qaldırıldığını və futbolçuya mane olduğu üçün qadınların hərəkətlərinin qərəzli olduğunu bildirib.