Avropanın top-liqalarında yay transfer pəncərəsi bağlanıb.
Apasport.az saytının məlumatına görə, bu yayın ən bahalı 5 transferi açıqlanıb.
“Beşlik”də dörd futbolçu İngiltərə, biri İspaniyaya keçib. “Mançester Yunayted” iki, “Çelsi”, “Liverpul” və “Real” bir bahalı transfer edib.
Yay transferləri
1. Antoni – 95 milyon avro (“Ayaks” – “Mançester Yunayted”)
2. Uesli Fofana – 81 milyon avro (“Lester” – “Çelsi”)
3. Orelyen Tçuameni – 80 milyon avro (“Monako” – “Real”)
4. Darvin Nunyes – 75 milyon avro (“Benfika” – “Liverpul”)
5. Kazemiro – 70,65 milyon avro (“Real” – “Mançester Yunayted”)