Yığmada yeni baş məşqçi
03.06.2022 - 22:54
Yığmada yeni baş məşqçi

Kolumbiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Cənubi Amerika təmsilçisini Nestor Lorenso çalışdıracaq.

Argentinalı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, iki ay əvvəl bu postu tərk edən Reynaldo Ruedanı əvəzləyib.

Qeyd edək ki, Kolumbiya yığması DÇ-2022-yə vəsiqə qazanmadığı üçün baş məşqçisini dəyişib.
 

writer photo
Əlirza Əlirzalı
0