“Yuventus” milli üzvünü transfer etdi
14.07.2022 - 16:49
“Yuventus” milli üzvünü transfer etdi

“Yuventus” “Cenoa”nın sol cinah müdafiəçisi Andrea Kambyasonu transfer edib.

Apasport.az xəbər verir ki, Turin klubu 22 yaşlı oyunçunun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.

İtaliyalı futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. “Qoca sinyora” bu keçid üçün qarşı tərəfə 8,5 milyon avro ödəyib. “Cenoa” daha 3 milyon avro bonus kimi əldə edə bilər. İtaliya gənclər yığmasında 5 oyun keçirən Kambyaso müdafiənin bütün xətrində oynaya bilir.

Qeyd edək ki, Andrea ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol, 4 assistlə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0