“Yuventus” qapıçısını itirdi
09.08.2022 - 17:47
“Yuventus” qapıçısını itirdi

“Yuventus” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin qapıçısı Voyçex Şensnı zədələnib.

Polşalı qolkiper ayaq əzələsindəki xəsarət üzündən üç həftə buraxacaq. O, “Atletiko” ilə yoldaşlıq oyununun birinci hissəsində özünü pis hiss etdiyi üçün əvəzlənib. Bu üzdən Şensnı A seriyasında mövsümün startını buraxmalı olacaq.

Qeyd edək ki, “Yuventus” “Atletiko” ilə qarşılaşmada 0:4 hesabı ilə uduzub. 
 

writer photo
Əlirza Əlirzalı
0