“Yuventus”la “Roma”nın ortaq istəyi
28.10.2022 - 22:03
“Yuventus”la “Roma”nın ortaq istəyi

“Lion”un futbolçusu Ussem Auar karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi iki klubun maraq dairəsindədir.

24 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Fransa təmsilçisi onunla yeni anlaşma imzalamaq fikrində deyil. “Yuventus”la “Roma” azad agent statusu alacaq Auarı heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, cari mövsüm 3 matça çıxan yarımmüdafiəçi 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0