“Yuventus”un müdafiəçisi İngiltərə və Fransa klublarının diqqət mərkəzində
01.08.2023 - 12:33
“Yuventus”un müdafiəçisi komandanı tərk edə bilər.
Apasport.az saytı xəbər verir ki, İtaliya təmsilçisinin 24 yaşlı futbolçusu Luka Pelleqrini İngiltərə və Fransa klublarının diqqətini cəlb edib.
“Fulhem” və “Nitsa” italiyalı arxa xətt oyunçusunu heyətinə cəlb etmək üçün rəqabət aparırlar. Turinlilərlə danışıqları davam edən hər iki komanda hələlik nəticə əldə edə bilməyib.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında Almaniyada Frankfurt “Ayntraxt”ının və ölkəsində “Latsio”nun şərəfini qoruyan Pelleqrini 22 matçda iştirak edib.
0
0