“Yuventus”un namizədi
19.09.2022 - 11:29
“Yuventus”un baş məşqçisi postuna əsas namizəd bəlli olub.
Apasport.az saytının məlumatına görə, Massimiliano Alleqrini istefaya göndərmək istəyən İtaliya klubunun rəhbərliyi Massimo Karrera ilə danışıqlara start verib.
Karrera 1991-96-cı illərdə Turin təmsilçisinin futbolçusu olub. O, Antonio Kontenin baş məşqçi olduğu dövrdə komandada çalışıb.
Qeyd edək ki, A seriyasının 7 oyununda 10 xal toplayan “Yuventus” 8-ci pillədə qərarlaşıb.
0
0