Zidan DÇ-2022-dən sonra Fransa yığmasında
04.11.2022 - 16:38
Zinəddin Zidan DÇ-2022-dən sonra Fransa yığmasının baş məşqçisi təyin olunacaq.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bununla bağlı Fransa Futbol Federasiyası ilə razılıq əldə edib.
O, millinin sükanı arxasında Didye Deşamı əvəzləyəcək. Sonuncunun müqaviləsi bu ilin dekabrında başa çatacaq.
Artıq Zidanın yığmadakı köməkçisi də bəllidir. “Real”da onun assistenti olmuş David Bettoni yenə bu vəzifəni yerinə yetirəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də start götürəcək.
0
0