Julio Romao "Dinamo" ilə cavab oyununda forma geyinəcək
26.08.2024 - 16:37
Julio Romao "Dinamo" ilə cavab oyununda forma geyinəcək

"Qarabağ”ın dayaq yarımmüdafiəçisi Julio Romao Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb) ilə cavab görüşündə komandasına kömək edə biləcək. 

Apasport.az-ın məlumatına görə, braziliyalı 3-cü sarı vərəqəni aldığına görə pley-offun cavab görüşünü buraxmalı idi.

Lakin UEFA-nın yeni qaydalarına görə, 2 təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir.

Belə ki, bu qayda “Rijeka”nın futbolçusu Mario Paşaliçə tətbiq edilib. UEFA-nın saytında da oyunçunun cəzalı olması barədə hər hansı qeyd yoxdur.

writer photo
Əlirza Əlirzalı
0