Zidan onu əvəz edəcək?
14.03.2023 - 11:05
Zidan onu əvəz edəcək?

PSJ mövsümün sonunda baş məşqçi Kristof Qaltyeni istefaya göndərmək qərarına gəlib.

Apasport.az saytı xəbər verir ki, komandanın xüsusilə Çempionlar Liqasındakı uğursuz çıxışı 56 yaşlı mütəxəssisin gözdən düşməsinə səbəb olub.

Qaltyenin yerinə əsas namizəd "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidandır. 

Fransa millisinin 50 yaşlı keçmiş futbolçusunun bu posta gətirilməsi hazırda Paris klubu üçün prioritet məsələlərdən hesab olunur.

writer photo
Əlirza Əlirzalı
0