Gəncə stadionunda mənfi əlamətlər: qazon yanıb! - FOTO
10.09.2026 - 16:36
Gəncə stadionunda mənfi əlamətlər: qazon yanıb!  - FOTO

Yenicə istifadəyə verilmiş Gəncə şəhər stadionunun qazonu yanıb. 

“Apasport”un Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, ardıcıl keçirilən matçlar meydançanın durumuna mənfi təsir edib.

I Liqanın “Gəncəbasar” - “Xankəndi” oyunundan öncə qazonun əksər hissələrində kəskin saralma müşahidə olunur. 

Qeyd edək ki, bu qarşılaşma son 11 gündə Gəncə şəhər stadionunda keçirilən 3-cü matç olacaq.