“Zirə” “Sumqayıt” səfərində - YENİLƏNİR
04.02.2026 - 09:08
“Zirə” “Sumqayıt” səfərində - YENİLƏNİR

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürəcək.

Apasport.az xəbər verir ki, günün ilk matçı Sumqayıtda keçiriləcək.

Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, "Sumqayıt" 1/8 final mərhələsində "Difai"ni, "Zirə" isə "Neftçi"ni mübarizədən kənarlaşdırıb.

Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. "Sumqayıt" – "Zirə"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu