Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq
06.06.2025 - 16:47
Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq

Dünyanın ən məşhur retro avtomobil yarışlarından biri olan “Peking to Paris Motor Challenge” ikinci dəfə Azərbaycandan keçir.

Apasport.az xəbər verir ki, Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq.

Sərgi 7 iyun tarixində saat 18:00-dan 22:00-dək Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin önündə baş tutacaq. 

Qeyd edək ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Baku Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə keçiriləcək.