PFL rəsmisi UEFA tərəfindən təyinat alıb
24.06.2025 - 11:57
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin iyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) - “Rabotniçki” (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq.
- "Çelsi" Premyer Liqa forvardı üçün 60 milyon avro ödəyəcək
- “Beşiktaş”ın Trabzonspor derbisi üçün heyəti açıqlanıb – Rafa Silva siyahıda yoxdur
- "Golden Boy" namizədləri açıqlanıb: Siyahıya 5 türk oyunçu daxil edilib
- “Sabah” - “Şamaxı” matçında qalib müəyyənləşməyib - YENİLƏNİB
- "Mançester Yunayted" son 11 ildə ilk dəfə avrokuboklardan kənarda qalıb
0
0