Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın sonuncu günündə milli komandamızın 3 üzvü fəxri kürsüyə yüksəlib.
48 kq çəki dərəcəsində Könül Əliyeva bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda polşalı Natalya Stoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva isə bürünc medala sahib çıxıb.
52 kq çəkidə tatamiyə çıxan Gültac Məmmədəliyeva da keçirdiyi üç görüşdən qalib ayrılaraq qızıl medala layiq görülüb. O, finalda Buketnur Karabulutu (Türkiyə) üstələyib.
Yarışın ilk günündə isə Günel Həsənli (70 kq) bürünc medalla yadda qalmışdı.
Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Dünyanın ən gərgin derbiləri: "Qalatasaray" - "Fənərbaxça" derbisi neçəncidir?
- Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb
- "Sumqayıt"dan növbəti transfer: Beninli vingerlə 3 illik müqavilə
- Zaur Həşimov: "Yeni mövsüm üçün "Zirə"nin heyəti kasad görünür"