52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
19.11.2025 - 15:31
52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında

Haiti 2026 Dünya Kubokunun KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) seçmələrində C qrupunun final turunda Nikaraquanı 2:0 hesabı ilə məğlub edərək tarixi uğur qazanıb.

Apasport.az xəbər verir ki, bu qələbə ilə Haiti 11 xalla qrupunda lider olaraq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Sonuncu dəfə 1974-cü ildə Almaniyada keçirilən dünya çempionatında iştirak edən Karib hövzəsi ölkəsi 52 ildən sonra bu uğurunu təkrarlayıb.

Qeyd edək ki, paytaxt Port‑au‑Prince və ətraf ərazilər uzun müddətdir silahlı dəstələrin nəzarətində olduğu üçün milli komanda 4 ildən çoxdur ev oyunlarını ölkəsində keçirə bilmir. Komanda ev oyunlarını daha çox Dominikan Respublikası, ABŞ və Kurasaoda keçirir.