7 il sonra "Borussiya"nı tərk etdi
17.07.2025 - 18:25

Mərkəz hücumçusu Alassan Plea "Borussiya Münhenqladbax"ı tərk edib.
Aapasport.az xəbər verir ki, bundan sonra fransız Niderlandın PSV klubunda çıxış edəcək.
Müqavilə üç il müddətinə imzalanıb və Eyndhoven klubu artıq oyunçu üçün "Borussiya"ya 3 milyon avro məbləğində təzminat ödəyib.
Plea 7 il əvvəl "Nitsa"dan "Borussiya"ya keçib.
Transfermarkt PSV-nin yeni oyunçusunu 5 milyon avro olaraq qiymətləndirir.
- Arif Əsədov: "Ukrayna çox güclü rəqibdir, amma şans hər zaman var" - Müsahibə
- Xabi Alonso "Real Madrid"də - Rəsmi
- "Fiorentina" Konfrans Liqası matçını neytral meydanda keçirəcək
- Samir Musayev: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qalacağına inanıram"
- "Fənərbaxça" rəhbərliyindən bənzəri görülməmiş mükafat: 5 milyon avro
0
0