"Fənərbaxça"da ciddi itki: Talişka zədələnib
21.12.2025 - 12:22
“Fənərbaxça” klubunun futbolçusu Anderson Talişka zədələnib.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi dünən keçirilən “Eyüpspor”la oyunda xəsarət alıb.
Qarşılaşmadan sonra futbolçu bu gün MRT müayinəsindən keçib.
Aparılan müayinələr nəticəsində Talişkanın sağ ayağının alt əzələsində gərginlik və qanaxma aşkarlanıb. Klubun tibbi heyəti tərəfindən oyunçunun müalicəsinə başlanıldığı bildirilib.
Futbolçunun meydanlara qayıdış vaxtı ilə bağlı hələlik dəqiq məlumat verilməyib.
- “Şamaxı”nın qapıçısı: "Bundan bəhanə kimi istifadə edə bilmərik"
- "Liverpul" və "Arsenal" hücumçu uğrunda mübarizə aparır
- "Qalatasaray"lıları əsəbiləşdirən hərəkət: "Kasımpaşa" oyundan sonra... - VİDEO
- Yeniyetmələr arasında Avropa Kuboku Qubada keçiriləcək
- Millimiz Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurub
0
0