“Barselona”da itki: Arauxo derbidə oynamayacaq
29.12.2025 - 12:48
“Barselona”da itki: Arauxo derbidə oynamayacaq

“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo “Espanyol”la derbi matçında forma geyinməyəcək.

Apasport.az “Diario Sport” nəşrinə istinadla xəbər verir ki, uruqvaylı futbolçu bu gün komanda ilə məşqlərə qayıdacaq.

Lakin onun derbidə meydana çıxması gözlənilmir. 26 yaşlı müdafiəçinin “blauqrana”nın heyətində nə vaxt oynamağa hazır olacağı hələlik dəqiqləşməyib. Bu qərar futbolçunun özündən asılı olacaq.

Qeyd edək ki, “Espanyol” – “Barselona” qarşılaşması 3 yanvar tarixində keçiriləcək.