Benjamin Şeşko “Mançester Yunayted”də məşqlərə qayıdıb
15.12.2025 - 14:14
“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko zədəsini sağaltmaq üzrədir.
Apasport.az xəbər verir ki, sloveniyalı futbolçu “qırmızı şeytanlar”ın son 4 oyununu buraxsa da, artıq meydana qayıtmağa yaxındır.
22 yaşlı hücumçu komandanın məşqlərinə qoşulub.
Şeşkonun Premyer Liqada “Bornmut”la keçiriləcək qarşılaşmaya qədər tam hazır vəziyyətə gəlmək üçün intensiv şəkildə çalışdığı bildirilir.
Qeyd edək ki, Benjamin Şeşko ötən yay təxminən 75 milyon avro qarşılığında Almaniyanın “Leypsiq” klubundan “Mançester Yunayted”ə transfer olunub.
- Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
- "Fənərbaxça" "Qalatasaray"–"Samsunspor" oyunundan sonra sərt bəyanat yayıb
- Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
- “Qalatasaray”dan Barış Alper Yılmaz və Abdülkerim Bardakcı açıqlaması
- Mourinyo Rafa Silvanı istəyir
0
0