Mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq ilk futbolçu bəlli olub.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar"ın əfsanə qapıçısı Fernando Musleranın mövsüm sonunda “Qalatasaray”la vidalaşacağı dəqiqləşib.
Fernando Musleraya əvəzləyici axtarışına başlayan “Qalatasaray”dan ən dəqiq namizəd sabiq "Fənərbaxça"lı Berke Özerdir.
2011-12 mövsümünün əvvəlində "Latsio"dan 6,75 milyon avroya transfer olunan Fernando Musleranın "Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
İndiyədək "Qalatasaray"da 540 matça çıxan Muslera 583 qolun qarşısını ala bilməyib. Təcrübəli qolkiper 190 matçda qapısını toxunulmaz saxlayıb.
38 yaşlı Muslera "Qalatasaray"la 7 Super Liqa, 4 Türkiyə Kuboku və 6 Türkiyə Superkubokunun qalibi olub.
- Alvarez müəyyən şərtlərlə "Atletiko"dan ayrıla bilər
- Qurban Qurbanov: "Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik"
- "Fənər" istəyir, "Milan" alır
- Son dəqiqə: Super Liqada aşağı liqaya düşəcək ilk komanda müəyyənləşib
- Felipe Santos: "Keçən mövsüm əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq istəyirik"