Burak Yılmaz istefa verib
15.12.2025 - 13:24
“Qaziantep”in baş məşqçisi Burak Yılmaz istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. Onun sözlərinə görə, Burak Yılmaz Qaziantep şəhərini tərk edib.
Gənc mütəxəssis komandasının dünən evdə “Göztepe”yə (0:1) məğlub olduqdan sonra verdiyi açıqlamada 2 matçdan sonra klubla yollarını ayıracağını bildirmişdi.
Klub rəhbərliyinin yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərar verməsi gözlənilir.
- Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub: "Həkimin mənə yazdığı..."
- “Real Betis”ə Amrabat şoku: "Barselona" matçını buraxacaq
- "Neftçi" - "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb
- “Fənərbaxça”lılara şad xəbər: Zədəsini sağaltdı
- Azərbaycanın iki boksçusu dünya çempionatında mərhələ adlayıb
0
0