Fofana Türkiyəni seçdi: “Qalatasaray” transferdə israrlıdır
14.01.2026 - 12:34
“Milan”ın 27 yaşlı fransız yarımmüdafiəçisi Yusuf Fofana karyerasını Türkiyə Super Liqasında davam etdirmək qərarına gəlib.
Apasport.az xəbər verir ki, futbolçu ilə İstanbulun "Qalatasaray" klubu yaxından maraqlanır və tərəflər arasında mümkün transfer variantı dəyərləndirilir.
Fofananın bazar dəyəri 28 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, yarımmüdafiəçinin “rossoneri” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Cari mövsümün ilk yarısında Yusuf Fofana “Milan” forması ilə 20 rəsmi matçda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Alperen Şengündən möhtəşəm çıxış - 30 xal, 12 ribaund, 8 asist, 2 blok
- Böyükağa Ağayev: "Azərbaycan çempionatında onlara çatacaq komanda yoxdur, amma..."
- Cüdoçularımız Avropa Kubokunda 2 qızıl, 2 bürünc medala sahib çıxıblar
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Real" açıqladı: Ançelotti dövrü rəsmən başa çatdı
0
0