
Növbəti mövsümdə İngiltərə Premyer Liqasının ən azı 5 komandası Çempionlar Liqasında mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, bu, ötən gün Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan oyunlardan sonra dəqiqləşib.
"Arsenal"ın "Real Madrid" üzərində qələbəsindən (3:0) sonra UEFA reytinqində birinci sırada olan ingilislərin aşağı pilləyə düşməyəcəyi təmin olunub.
Bu isə o deməkdir ki, İngiltərə Premyer Liqası 2025/26 Çempionlar Liqası mövsümünə əlavə komanda göndərəcək.
Hətta növbəti mövsümdə ÇL-də daha 2 Premyer Liqa klubu da mübarizə apara bilər.
Belə ki, hazırda ÇL-də mübarizə aparan "Aston Villa" bu mövsüm kuboku qazansa və liqada ilk 5-likdən kənarda qalsa, İngiltərənin növbəti mövsüm üçün qitənin ən nüfuzlu turnirində komanda sayı 6 olacaq. “Mançester Yunayted” və ya “Tottenhem” Avropa Liqasını qazanarsa, bu rəqəm 7-yə yüksələcək.
- “Real”ın futbolçusu Premyer Liqa klubuna keçə bilər
- "Neftçi" "Naxçıvan"la, "Sabah" "Sərhədçi" ilə qarşı-qarşıya
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
- Azərbaycan kubokunun final oyununun vaxtı müəyyənləşib
- "Barselona" ispaniyalı yarımmüdafiəçisi ilə müqavilə uzadacaq