"İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil"
19.07.2025 - 01:18
"İnter" "Qalatasaray"la danışıqlar apardığını təsdiqləyib.
Apasport.az xəbər verir ki, insayder Fabritsio Romano bu barədə "İnter"in direktoru Pyero Ausiliodan sitat gətirib:
"Hakan Çalhanoğlu üçün "Qalatasaray"la danışıqlar apardıq və anlaşdıq ki, razılığa gəlmək mümkün deyil. Bizim tərəfimizdə Hakanla heç bir problemimiz yoxdur”.
Qeyd edək ki, daha əvvəl Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun "Qalatasaray"a transfer olunacağı ilə bağlı xəbərlər yayılmışdı.
- Bruno Fernandeşin gələcəyi yayda müəyyənləşəcək
- PSJ-nin yarımmüdafiəçisi: "Liverpul"dan daha güclüyük"
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- Gimnastlarımız İspaniyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər
- Türkiyə futbol tarixində yeni rekord: "Qalatasaray" - "Fənərbaxça" derbisi tarixə düşəcək
0
0