Korrea qitə dəyişdirir: "Atletiko Madrid"də ayrılıq
19.06.2025 - 15:15
"Atletiko Madrid"in futbolçusu Anxel Korrea karyerasını Meksika çempionatında davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı argentinalı forvard "Tiqres"ə keçir. Artıq tərəflər yekun razılığa gəliblər və yaxın vaxtlarda transfer rəsmi olaraq açıqlanacaq.
Korreanın Meksika klubu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.
2024/25 mövsümündə forvard "Atletiko"nun heyətində bütün turnirlərdə 46 oyun keçirib, 8 qol vurub, 5 məhsuldar ötürmə verib.
- Arif Əsədov: "Ukrayna çox güclü rəqibdir, amma şans hər zaman var" - Müsahibə
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB
- Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı
- Dik Advokaat tarix yazdı – Kurasao ilk dəfə Dünya Kubokuna vəsiqə qazandı
- Son dəqiqə: Orkun Kökçü transferi rəsmiləşdi
0
0