Mert Günok "Beşiktaş"dan ayrıldı - Rəsmi
06.01.2026 - 16:31
“Beşiktaş” təcrübəli qapıçı Mert Günokla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, klub heyətdən kənarda qalan və Antalya təlim-məşq toplanışına aparılmayan futbolçu ilə vidalaşdığını açıqlayıb.
Daha əvvəl xəbər verdiyimiz kimi, “Fənərbaxça” Mert Günokla 2,5 illik razılaşma əldə edib. Rəsmi müqavilənin yaxın zamanda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Mert Günok “Beşiktaş” forması ilə bütün yarışlarda 130 oyunda meydana çıxıb. Təcrübəli qolkiper bu qarşılaşmaların 38-də qapısını toxunulmaz saxlayıb.
- Samir Musayev: "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə qalacağına inanıram"
- “Fənərbaxça”da zədəli futbolçularla bağlı son durum
- Toğrul Əsgərov: “Yolumuz Olimpiada yoludur”
- Valdas Dambrauskas: “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki..."
- Taekvondoçularımız Qazaxıstan və Özbəkistanda 6 medal qazanıblar
0
0