Qışda "Siti"yə keçdi, mart ayının ən yaxşısı seçildi
08.04.2025 - 15:38
Qışda "Siti"yə keçdi, mart ayının ən yaxşısı seçildi

"Mançester Siti" mart ayının ən yaxşı futbolçusunu seçib.

Apasport.az xəbər verir ki, mükafatı qış transfer pəncərəsində komandaya qoşulan hücumçu Ömər Marmuş qazanıb.

Marmuş keçən ay "Mançester Siti"nin heyətində 3 oyuna çıxıb. Misirli forvard bu oyunlarda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Mançester Siti” hazırda İngiltərə Premyer Liqasının cədvəlində altıncı yerdədir. Pep Qvardiolanın komandası dördüncü pillədəki “Çelsi”dən cəmi 1 xal geri qalır.