"Real Madrid" ilin komandası seçilib
22.04.2025 - 13:57

İspaniyanın Madrid şəhərində "Laureus World Sports Awards" mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, "Real Madrid" ilin ən yaxşı komandası mükafatına layiq görülüb.
Xatırladaq ki, ötən mövsüm kral klubu İspaniya çempionatının və UEFA Çempionlar Liqasının qalibi olub.
Madrid təmsilçisi İspaniyada çempionluq titulu uğrunda mübarizəni davam etdirir. La Liqanın 32 turundan sonra "Real" 69 xal toplayıb və ikinci pillədə qərarlaşıb. "Real Madrid" lider "Barselona"dan 4 xal geridədir.
- Santuşdan Azərbaycan çempionatına "5"
- "Qarabağ" hər mövqeyə transfer edəcək" - Mövsümün sonunu gözləyirlər
- Azərbaycan millisi Avropa kubokunda 8 idmançı ilə təmsil olunur
- Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
- Hacıosmanoğlu ilk dəfə "Qalatasaray"-"Fənərbaxça" derbisinin hakimi ilə bağlı danışıb
0
0