Xəbər verdiyimiz kimi, dünən Birinci Liqa klublarından MOİK-də baş məşqçi ayrılığı baş verib. Qəzənfər Abbasov verdiyi açıqlama ilə klubla yollarının ayrıldığını bildirib.
Apasport.az saytına verilən məlumata görə ordu klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Müvafiq post Orxan Səfiyarova tapşırılıb.
Daha əvvəl də MOİK-də məşqçilik edən Səfiyarov kollektivə təqdim olunub və komanda mövsümün sonuna qədər məhz ona həvalə olunub.
Qeyd edək ki, 18 matçdan sonra topladığı 22 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan MOİK-in baş məşqçisi Qəzənfər Abbasov dünən şəxsi sosial şəbəkə hesabından etdiyi paylaşımda öz istəyi ilə komandadan istefa verdiyini açıqlamışdı.
- Futbolumuzun qanqren barmaqları - Gəldim sizi xəbərdar eləyim
- Samir Abasovun "Sumqayıt"a "xəyanət"inə nöqtə
- Ceyhun Sultanov: “Günah Eddidə yox, onu meydana buraxan məşqçidədir” - Müsahibə
- Andriya Lukoviç: "Azərbaycanda "Qarabağ"la rəqabət aparacaq klub yoxdur" - Müsahibə
- Vüsal İsgəndərli: "“Qalatasaray”a qol vurduqdan sonra..." - Müsahibə