Bakının “Keşlə” klubu tarixində 5-ci titulunu qazanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunu qazanan paytaxt təmsilçisi bunadək 4 titul əldə etmişdi.
Əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını daşıyan klubun aktivində 2 çempionluq, 2 kubok və “Birlik kuboku” var. “Keşlə” 5-ci titulunu qazanmaqla bu göstəricidə “Bakı”ya çatıb. Paytaxtın eyniadlı təmsilçisi 2 çempionluq və 3 kubokun sevincini yaşayıb. Bu iki komanda Azərbaycan futbol tarixinin ən titulluları sırasında 5-ci yerə şərikdir.
Azərbaycanın ən titullu klubları
1. “Neftçi” - 18
2. “Qarabağ” – 15
3. “Kəpəz” – 7
4. “Xəzər Lənkəran” – 6
5-6. “Bakı” – 5
“Keşlə” – 5