“A qrupunu yüksək riskli qrup sayıram” – federasiya prezidenti
04.12.2019 - 10:48
“A qrupunu yüksək riskli qrup sayıram” – federasiya prezidenti

“Seçmə mərhələdəki 10 oyunun hamısında qələbə qazanmağımız ölkəmizdə böyük coşğu ilə qarşılandı”. 

Apasport.az saytının məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib.

O, AVRO-2020-nin final mərhələsinin oyunları Bakı Romada keçiriləcək A qrupunu dəyərləndirib. Q.Qravina İtaliya yığmasının Türkiyə, İsveçrə və Uelslə birgə mübarizə aparacaqları qrupdan danışıb: “A qrupunun favoriti göstərilsək də, mən bunu yüksək riskli qrup sayıram. Həyəcanımıza düzgün nəzarət edərək, matçlara daha yaxşı konsentrasiya olmalıyıq. Xüsusən də, ilk oyuna ciddi hazırlaşmalıyıq. Çünki bu, çox önəmli və həlledici ola bilər. Özümüzü dünyaya göstərəcəyimiz görüşdür. Türkiyəyə qarşı yaxşı çıxış etmək üçün yüksək performans və enerji ilə mübarizə aparmalıyıq”.