“AFFA-dan 2-3 ay əvvəl zəng vurmuşdular ki...” - "Höteborq"un futbolçusu
13.01.2020 - 12:41
“AFFA-dan 2-3 ay əvvəl zəng vurmuşdular ki...” - "Höteborq"un futbolçusu

"Mənə üç illik müqavilə təklif etmişdilər. Atamla düşündük və bir illik olmasına qərar verdik".

Bunu apasport.az saytına "Höteborq"un futbolçusu Ayxan Cabbarov deyib.

İsveç klubunun yetirməsi olan Cabbarov başqa ölkələrdə çıxış etmək niyyətindədir. O bildirib ki, bir illik müqavilə imzalaması tezliklə yeni təkliflərə açıq olmasınından irəli gəlir: “Azərbaycandan dəvət almamışam. Yaxşı təklif olsaydı, düşünərdim. Ancaq ciddi klub olmasa, inanmıram gedəm. Hələ ki, bir il də "Höteborq"dayam".

Azərbaycanın U-17 yığmasının sabiq futbolçusu U-19-dan da dəvət gözlədiyini açıqlayıb: "AFFA-dan 2-3 ay əvvəl zəng vurmuşdular. Atamdan soruşdular ki, Ayxanı U-19 yığmasına dəvət etsək, gələr? Biz də “hə” dedik. U-19 yığmasında uşaqlar məndən böyük olsalar da, orada da oynaya biləcəyimə inanıram. Xəbər verəcəklərini söylədilər. Bir sözlə, dəvət etsələr, gedib U-19 yığmasında oynayacam".