“Araz” – EKOL matçının hakimləri açıqlandı
18.11.2019 - 11:04
“Araz” – EKOL matçının hakimləri açıqlandı

Futzal üzrə Yüksək Liqada VIII turun oyunlarına təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın 21-dəki matçların hakimləri bəlli olub.

Bu turun qarşılaşmaları Bakı İdman Sarayında baş tutacaq. “Araz”la EKOL arasında mərkəzi oyunu Rahin Heybətov idarə edəcək.

Yüksək Liqa
VIII tur
21 noyabr
 
Xızı Futzal – Neftçi İK
Hakimlər: Xəlil Xəlilov, Ziya Nəsirov, Elman Musayev
Bakı İdman Sarayı. Saat 12:00

Araz – EKOL
Hakimlər: Rahin Heybətov, Knyaz Əmiraslanov, Nahid Xasıyev
Bakı İdman Sarayı. Saat 14:00

Premier (Quba) – Marafon
Hakimlər: Azər Əsgərov, Ceyhun Hüseynov, Vaqif Musayev
Bakı İdman Sarayı. Saat 16:00

Bakı TFK – Record club
Hakimlər: Anar Fərəcov, Fuad Həsənov, İsgəndər Əliyev
Bakı İdman Sarayı. Saat 18:00

Yasamal İSK – Baku Fire
Hakimlər: Mehman Mahmudov, Elmir Quluzadə, Fuad Həsənov
Bakı İdman Sarayı. Saat 20:00