"Araz" qalib gəldi, "Neftçi" uduzdu - YENİLƏNİB
11.12.2019 - 23:55
"Araz" qalib gəldi, "Neftçi" uduzdu - YENİLƏNİB

Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının XII turunun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında 5 qarşılaşma baş tutub.

Autsayder “Yasamal” lider “Araz”la üz-üzə gəlib. Qarşılaşma ikincilərin asan qələbəsi ilə yekunlaşıb. 

Ardınca “Baku Fire” ilə “Premier” meydana çıxıblar. Gərgin keçən matçda 9 qol vurulub. “Baku Fire” son dəqiqələrdə məğlubiyyətdən qaçaraq, 3 xala sahib olub. 

Günün üçüncü matçında “Bakı” ilə “Xızı Futzal” görüşüb. Nominal qonaqlar rəqiblərinə şans verməyiblər. 

“Record club” - “Marafon” görüşü daha məhsuldar alınıb. 13 qolun vurulduğu qarşılaşmada “marafonçular” 4 top fərqilə qələbə qazanıblar.

Tura mərkəzi oyunla yekun vurulub. Liderin ən yaxın izləyiciləri EKOL və “Neftçi” münasibətlərini aydınlaşdırıblar. Birincilər qalib gəlməklə, I dövrədəki məğlubiyyətin əvəzini çıxıblar.

Yüksək Liqa
XII tur

Yasamal İSK – Araz (0:3) 3:9
Hakimlər: Rahin Heybətov, Nahid Xasıyev, Elvin Ağayev
Qollar: İlham Allahverdiyev, 21:57, 36:03, Elgün Abbasli, 28:13 // Xətai Bağırov, 01:57, Hadi Rezvan, 06:22, 26:07, İsa Atayev, 15:32, Ramiz Çovdarov, 25:48, Nihat İsmayılov, 29:08, Qurban Qurbanov, 29:30, Hadi Ahmadi, 34:37, Murilo Borges Souza, 38:34
 
Baku Fire – Premier (Quba) (3:1) 5:4
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Fuad Həsənov
Qollar: Renat Sultanov , 07:56, 17:40, Reza Tolouei, 14:34, Yamin Ağakərimzadə, 37:15, İbrahim Zeynalov, 38:44  // Sərxan Ağayev, 04:52,  31:07, Sabir Əlişan, 27:03, Firudin Ağalarov, 32:48

Bakı TFK – Xızı Futzal (3:3) 8:5
Hakimlər: Ramil Namazov, Mahir Məmmədov, Vaqif Musayev
Qollar: Elvin Adışırinli, 01:42, Fərid Səmədzadə, 07:56, 24:47, 26:38, Vüsal Buludov, 11:46 , 25:23, 36:52, 37:28 // Elnur Soltanlı, 07:34, 10:59, Xəyal Quliyev, 12:46, Qərib İbrahimov, 29:39, Aydın Qasımov, 37:37
 
Record club – Marafon (4:4) 5:9
Hakimlər:Hikmət Qafarlı, Mehman Mahmudov, Elman Musayev
Qollar: Asif Zeynalov, 05:19 (ö/q), Vahid Ansari, 06:56, Amir Ashtiyani, 08:52, 34:13, Seyed Mostafaparidar, 12:22 // Tofiq  Mikayılov, 03:20, 15:47, 23:11, Asif Zeynalov, 04:19, 32:07, Elşən  İbrahimxəlilov, 18:03, İlkin Hacıyev, 26:31, Vitali Borisov, 30:07, 37:03

EKOL – Neftçi İK (2:1) 5:4
Hakimlər: Anar Fərəcov, Azər Əsgərov, Vüsal Balaşov 
Qollar: Talebmohammad Arabpour, 05:41, Fərid Ələkbərov, 07:30, Namiq Məmmədkərimov, 23:21 (pen.), 28:28, Radik Əhmədov, 29:47 // Vahib Xocayev, 10:09, Adil İsmayılov, 27:12, Tural İsmayılov, 33:12, Rüfət Balakişiyev, 35:45 (pen.)

1

Araz

12

12

0

0

87-19

36

2

EKOL

12

9

0

3

56-35

27

3

Marafon FK

11

8

0

3

60-28

24

4

Neftçi İK

12

8

0

4

51-40

24

5

Baku Fire

11

7

1

3

40-37

22

6

Premier (Quba)

12

4

1

7

39-53

13

7

Bakı TFK

12

4

1

7

41-59

13

8

Record club

11

2

1

8

40-59

7

9

Xızı Futzal

11

2

0

9

37-69

6

10

Yasamal İSK

12

0

0

12

32-84

0

 Bombardir: Firudin Ağalarov (Premier, Quba) - 22,