"Araz" və "Neftçi"dən böyükhesablı qələbələr
19.12.2019 - 21:37
"Araz" və "Neftçi"dən böyükhesablı qələbələr

Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında 5 oyun baş tutub.

Günün ilk matçında yarışın lideri “Araz” “Xızı Futzal”ı 10:2 hesabı ilə darmadağın edib. Mükafatlara iddialılardan “Neftçi” “Record club”un müqavimətini çətinliklə qırıb – 6:5.

“Premier”lə “Bakı” arasında dueldə komandalar hərəyə 5 qol vursa da, qalib müəyyənləşməyib. “Marafon” “Baku Fire”ni qısa müddətdə ikinci dəfə məğlub edib – 8:3. 

Günün ən məhsuldar oyunu autsayderin iştirakı ilə keçirilib. EKOL “Yasamal”ı 15:2 hesabı ilə yenib.

Yüksək Liqa
XIII tur
19 dekabr

“Xızı Futzal” – “Araz” - 2:10
Hakimlər:
Əli Cəbrayılov, Ceyhun Hüseynov, İsgəndər Əliyev
Bakı İdman Sarayı. Saat 12:00

“Neftçi” – “Record club” - 6:5
Hakimlər:
Anar Fərəcov, Nail Nağıyev, Fuad Həsənov
Bakı İdman Sarayı. Saat 14:00

“Premier” – “Bakı” – 5:5
Hakimlər:
Mehman Mahmudov, Xəlil Xəlilov, Elmir Quluzadə
Bakı İdman Sarayı. Saat 16:00

“Marafon” – “Baku Fire”- 8:3
Hakimlər:
Azər Əsgərov, Ziya Nəsirov, Hacıəli Ağayev
Bakı İdman Sarayı. Saat 18:00

EKOL – “Yasamal” – 15:2
Hakimlər:
Ramiz Məhərrəmov, Knyaz Əmiraslanov, Elvin Ağayev
Bakı İdman Sarayı. Saat 20:00

1

Araz

13

13

0

0

97-21

39

2

Marafon

13

10

0

3

75-33

30

3

EKOL

13

10

0

3

71-37

30

4

Neftçi

13

9

0

4

57-45

27

5

Baku Fire

13

7

1

5

45-52

22

6

Premier

13

4

2

7

44-57

14

7

Bakı

13

4

2

7

45-63

14

8

Record club

13

3

1

9

50-65

10

9

Xızı Futzal

13

2

0

11

39-84

6

10

Yasamal

13

0

0

13

34-99

0

 

0
futzal Yüksək Liqa Neftçi