“Araz-Naxçıvan”da rusiyalı qapıçı
19.04.2022 - 16:14
“Araz-Naxçıvan”da rusiyalı qapıçı

“Araz-Naxçıvan” heyətini yeni futzalçı ilə gücləndirib.

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən məlumatına görə, Yüksək Liqanın lideri Dmitri Bondarevlə anlaşıb. 

Rusiyalı qapıçı yeni komandasında mövsümün sonuna qədər iştirak edəcək. 1993-cü il təvəllüdlü Bondarev Rusiyanın Yüksək Liqasında iştirak etmiş “Spartak-Donetsk” klubunda çıxış edib. Rostov təmsilçisi çempionatda çıxışı dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib. Qapıçı "Baku Fire" klubu ilə oyunda debüt edəcək. 

Qeyd edək ki, “Araz-Naxçıvan”ın əsas qapıçısı Rövşən Hüseynli martda Rusiyanın Superliqasında iştirak edən “Torpedo” klubuna transfer olunub.