“Arsenal” “Mançester Siti”nin hücumçusuna göz dikdi
27.04.2022 - 18:00
“Arsenal” “Mançester Siti”nin hücumçusuna göz dikdi

“Arsenal” mövsümün sonunda hücum xəttini gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, Aleksander Lyakazettlə yollarını ayırmağa hazırlaşan London klubu ön xətdəki boşluğu doldurmaq üçün hərəkətə gəlib.

“Topçular” “Mançester Siti”nin hücumçusu Qabriel Jezuşa göz dikib. Son matçlarda qollarını sıralayan Braziliya millisinin üzvü üçün “Arsenal” 35 milyon funt sterlinq ödəməyə hazırdır. “Şəhərlilər” Dortmund “Borussiya”sının forvardı Erlinq Halandı transfer edə bilsə, Jezuşun gedişinə razılıq verəcək.

Qeyd edək ki, 25 yaşlı forvard 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.