“Arsenal” Arteta ilə bağlı qərarını verdi
23.01.2022 - 00:31
“Arsenal” Arteta ilə bağlı qərarını verdi

“Arsenal”da baş məşqçi Mikel Arteta ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, London klubu ispaniyalı mütəxəssisin uzun müddət komandada qalmasını istəyir.

Bu səbəbdən “topçular” 40 yaşlı çalışdırıcıya yeni müqavilə təklif edəcək. Komanda hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşmasına baxmayaraq, rəhbərlik onun işindən məmnundur.

Qeyd edək ki, Mikel Artetanın “Arsenal”la hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.