“Arsenal” Boatenqlə danışıqlara başladı
03.01.2020 - 14:24
“Arsenal” Boatenqlə danışıqlara başladı

Uğursuz mövsüm keçirən İngiltərənin “Arsenal” klubu qış “transfer pəncərəsi”ndə müdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Jerom Boatenqi heyətinə qatmaq niyyətindədir.

“Topçular” artıq Almaniyanın “Bavariya” klubunun müdafiəçisi ilə danışıqlara start verib. Münhen təmsilçisi 31 yaşlı futbolçu 15 milyon avro istəyir.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə ümumilikdə 15 oyun keçirən J.Boatenqin “Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.