“Arsenal” Unai Emerini göndərdi - istefaya
29.11.2019 - 14:34
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unai Emeri istefaya göndərilib.
Apasport.az saytının məlumatına görə, uğursuz nəticələrdən sonra klub rəhbərliyi ispaniyalı mütəxəssislə yollarını ayırmağa qərar verib.
U.Emeri ilə yanaşı, onun köməkçiləri də postundan ayrılıb. Freddi Yunqberq komandaya müvəqqəti baş məşqçi təyin olunub. O, yeni baş məşqçi təyin olunana qədər əsas komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Premyer Liqada 8-ci sırada qərarlaşan “Arsenal” dünən Avropa Liqasında “Ayntraxt”a uduzub – 1:2.
0
0