“Arsenal”a lazım olmadı – sabiq futbolçusu
15.10.2020 - 14:21
“Arsenal”a lazım olmadı – sabiq futbolçusu

İngiltərənin “Arsenal” klubu sabiq futbolçusu Cek Uilşirin transferindən imtina edib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi London təmsilçisinə agentlər tərəfindən təklif olunub.

Amma klub rəhbərliyi bu təklifi yaxın buraxmayıb. Bununla da son klubu “Vest Hem” olan Cekin azad agent kimi sabiq komandasına dönüşü reallaşmayıb.

Qeyd edək ki, Uilşir ötən mövsümdə 19 oyun keçirib.
 

0