“Arsenal”da yeni müqavilə - Obameyanq daha 3 il Londonda
15.09.2020 - 21:07
İngiltərənin “Arsenal” klubu futbolçusu Pyer-Emerik Obameyanqla müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, qabonlu hücumçu daha üç il London təmsilçisində çıxış edəcək.
31 yaşlı afrikalı 2018-ci ilin yanvarında Dortmund “Borussiya”sından “Arsenal”a keçib. O, 111 oyunda 72 qol vurub.
Qeyd edək ki, Obameyanq hazırda “Arsenal”ın kapitanıdır.
0
0