“Astana” Xayme Romeronu aparır?
03.01.2020 - 12:39
“Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romero Ağdam klubundan ayrıla bilər.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı vinger Qazaxıstan "Astana"sının maraq dairəsinə düşüb.
Paytaxt təmsilçisi Romeronu qış "transfer pəncərəsi"ndə olmasa da, yayda - mövsüm başa çatan kimi heyətinə qatmağı planlaşdırır. Qazaxıstan çempionunun bu istəyi “Qarabağ” rəhbərliyinin qərarından da asılı olacaq.
Qeyd edək ki, 2018-ci ilin yayında Pedro Enrike və Riçard Almeyda da "Qarabağ"dan “Astana”ya transfer olunmuşdu.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0