“Aston Villa” fransalı müdafiəçini təqdim etdi
13.01.2022 - 13:32
“Aston Villa” fransalı müdafiəçini təqdim etdi

“Aston Villa” heyətini gücləndirməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu “Everton”un müdafiəçisi Luka Dinin transferini rəsmiləşdirib.

Birminhem təmsilçisi rəsmi saytı vasitəsilə 28 yaşlı fransalını təqdim edib. Bu transfer Liverpul klubuna 25 milyon funt sterlinq qazandırıb.

Qeyd edək ki, “Aston Villa” bundan əvvəl “Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyonu icarəyə götürüb.