“İmişli”dən səfər qələbəsi - YENİLƏNİB
29.08.2026 - 22:07
“İmişli”dən səfər qələbəsi - YENİLƏNİB

Misli Premyer Liqasında III tura start verilib.

Apasport.az xəbər verir ki, günün son matçı Sumqayıtda baş tutub.

Debütant “Şəfa” “İmişli” ilə üz-üzə gəlib.

Oyunun taleyini bir qol həll edib. Qonaqlar Seyxan Fərəcovun vurduğu topla üç xal qazanıb.

Misli Premyer Liqası
III tur

20:15. "Şəfa" – "İmişli" 0:1
Qol: S. Fərəcov, 55

Sumqayıt, SOCAR Palymer Arena