İtaliyanın “Atalanta” klubu Çempionlar Liqasının tarixində ilkə imza atıb.
Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisi qrup mərhələsinin ilk üç oyununda uduzduqdan sonra 1/8 finala yüksələn ilk komanda olub.
1992-ci ildən indiki formatda keçirilən turnirdə bunadək heç bir klub startdakı üç məğlubiyyətdən sonra pley-off mərhələsinə vəsiqə qazanmamışdı. Düzdür, 2002/03 mövsümündə ilk üç qarşılaşmada xala həsrət qalan “Nyukasl” da yarışda mübarizəni davam etdirib. Lakin İngiltərə təmsilçisi pley-off deyil, ikinci qrup mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Atalanta” Çempionlar Liqasında debüt mövsümünü keçirir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı