“Atalanta” hücumçusunu satır
28.03.2022 - 11:15
“Atalanta”nın futbolçusu Luis Muriel klubu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu ilə yeni müqavilə imzalanmayacaq.
İtaliya klubu kolumbiyalı ilə danışıqları dayandırıb. Onun anlaşması 2023-cü ildə başa çatacaq. Bu üzdən Berqamo təmsilçisi yayda futbolçunu satmağa çalışacaq.
Qeyd edək ki, Muriel cari mövsüm A seriyasının 19 oyununda 4 qol vurub.
0
0